Feature news


Learn more »

Kitablar haqqında məşhurların dedikləri.



                                İyi kitaplar okumak geçmiş yüzyılların akıllı adamları ile
                                      sohbet etmek demektir (R.Dekart)

                                  Kitap insanda görmediğim, bilmediğim, yönleri bana ispat  etmek   gücüne sahiptir (M.Qorki)
                                    Kitap sahilsiz deniz, bilgi Ümmanı (Aybek)

                                Kitap zamanın dalgaları üzerinde seyahat eden ve kendi
                                         değerli yükünü dikkatli nəsillərdən- nesillere yapan fikir gemisidir (F.Bekon)

                                 Kitapsız ömrün ne anlamı var (Samed Vurgun)
                       
                              Her kim kitap oxumursa düzgün düşünmüş olamaz (D.Didro)

                                      Kitapsız ev kalpsiz bedendir (M.Siseron)
Learn more »

Kitablar haqqında nə bilirik?

            İlginçtir, dünyada ne kadar kitap var? Istatistiksel göstergelere göre dünyada 130 milyon isimde kitap mevcuttur.
Modern.az ın melumatına göre, ağırlığı göre dünyanın en ağır kitabı Londra'da müzede saklanır. "Dünyanın coğrafi atlası" isimli bu kitabın yüksekliği 1 metreden fazladır, ağırlığı ise 320 kilogram.
Dünyanın en büyük kitabı ise "Deniz kurallarının koleksiyonu" denir. Yüksekliği insan boyundan uzundur, eni 1 metre, kalınlığı ise yarım metreden fazladır. Bu kitap Amsterdam'da müzede saklanır.
Dünyada boyutunun küçüklüğüne göre 12 kitap mevcuttur. Onları birlikte bir çorba qaşığına yerleştirmek mümkündür. Bu kitapların sırasında kutsal kitabımız "Kuran" da var.
Dünyanın en küçük kitaplarından biri de 1899 yılında Varşova kentinde hazırlandı. Puşkin'in 100. yıldönümü şerefine hazırlanan "Yevgeni Onegin" kitabının boyutları 28x18 millimetrdir. Bu küçük kitabın her sayfasına 30 satır yerleştirilir. Kitap için özel madalyon da hazırladı. Madalyonun içerisine kitapla birlikte okumak için küçük lens da atıldı.
Dünyanın en büyük tirajlı kitabı "İncil" sayılır. İncil'in bu yana 6 milyar nüshası basılmıştır.
Dünyanın en pahalı kitabı Leonardo da Vinci'nin "Lester kodeksi" sayılır. Fiyatı 30 milyondan biraz fazla değerlendiren bu kitap Bill Qeytsə aittir.
En büyük sözlük kitabı sayılan "Almanca sözlüğü" nin hazırlanması 1854 yılından başlanıp, 1971 yılında tamamlandı. Kitap 33 ciltlik, 33519 sayfa bulunmaktadır.
En büyük ansiklopedi kitabı ise "Evrensel Avro-Amerikan ansiklopedisi" dır. 104 ciltten oluşan 105 bin sayfası olan ansiklopedide 165 milyon kelimenin izahı yerleştirilir.
Sıra dışı kitaplardan biri Brezilya'da saklanır. Rio de Janeiro kentinin 400 yıldönümü vesilesiyle bırakılan 200 sayfalık hatıra kitabı paslanmaz çelikten yapılmıştır.
Hakkında en çok kitap yazılan kahramanlardan biri Napolyon. Bugüne kadar görkemli komutan hakkında 10 binden fazla çeşitli kitaplar yazılmıştır. Napolyon ise hızlı okuma tarzı ile kitaplara büyük ilgi gösterdi ve o bir dakika içinde iki bin söz oxuyurmuş.
Learn more »

Kitab və kitab oxumaq haqqında aforizmlər

İyi yazan yazarları okudukça, iyi konuşmayı öğreniyorsun.
Kültür - okuduğun kitapların sayısı değil, anladığın kitapların sayısıdır.
Kitap okuyanlar hep televizyon baxanları idare edecekler.
Kitap her filmden daha iyidir, çünkü təxəyyüldə özel effektlərə sınırlama yoktur.
Ne kadar çok okuyorsun, o kadar az yamsılayır.
İnsanlar iki kategoriye ayrılır: kitap okuyanlar ve kitap okuyanlara kulak verir.
Nitekim, qəpikləri bir yere yığanda manatlar oluşur, okuduğun küçük şeylerden bilgi oluşur.
Learn more »
 Ağıllı olmaq üçün 10 kitab oxumaq bəs edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır.
 Mədəniyyət – oxuduğun kitabların sayı deyil, anladığın kitabların sayıdır.Kitablara etibar et, onlar ən  yaxındırlar. Onlar lazım olanda susurlar, danışmaq lazım olanda isə sənə bütün dünyanı göstərirlər.
  Kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur.

     
  
Learn more »

Kitab oxumaq haqqında

      Alimlər hesab edirlər ki, uşaqlara kitab oxumağı öyrətmək üçün ən uyğun yaş 4-6 arasıdır. Tədqiqatlar göstərir ki, 6-7 yaşdan sonra uşaqları oxumağa öryətmək daha çətin olur.
     İyel universitetinin araşdırmalarına görə, ibtidai sinifdə oxumağı zəif öyrənən uşaqların ¾ hissəsi digər siniflərdə də zəif oxuyur.
     Statistikaya görə, kitabların 68 % -ni qadınlar alır.Amerikada maraqlı araşdırma aparılıb. Araşdırmaya görə, üçüncü sinifdə yaxşı kitab oxuyan uşaqların gələcəkdə narkoman olmaq və ya həbsə düşmək ehtimalları azdır.
     "Penguin” nəşriyyat evi yumuşaq üzlük ilə kitab nəşr edir. İlk dəfə belə kitablar, kilsə tərəfindən paylanılıb.
     Kitab oğrusuna bileokliptoman deyirlər. Ən məşhur kitab oğrusu Stivel Blumberqdir. O, 268 kitabxanadan 23000 kitab oğurlayıb. Onun kolleksiyasının dəyəri 20 milyon dollar kimi dəyərləndirilib. Stivel kitabları ventiliasiya və ya lift şaxtası yolu ilə kitabxanadan çıxardıb.
Learn more »
"Öğrencilere serbest düşünce alışkanlıkları verilmeli"
Tarih: 03.03.2015 | Saat: 18:21:00

Kamale Ismayilzade: "Öğretmen sadece yeni materyali öğreteceği yöntemi seçerek yetinmemeli, hem de derste öğrencilerin etkinliğini sağlayan yeni teknolojiler hakkında düşünmelidir"

Proje kapsamında müsahibimiz Lenkeran şehir Azer Meherremov adına 7 sayılı tam orta okulun ilkokul müellimesi Kamale Ismayilzade. O, mülakata okullarda eğitimin düzenlenmesi ile meseleye münasebet bildirmekle başladı:

- Eğitim ülkede yaşam kalitesinin başlıca göstergesidir. Eğitim sistemi gelişmiş ülkenin bilimsel, ekonomisi de gelişmiş olur. Eğitim gelişmeyi sağlayan araçlardan biridir. Ona değerli yenilikler getirmek, o zaman başarılı reformlar yapmak, eğitimle ilgili reform bağımsız düşünmeyi başaran, yaratıcılıkla çalışabilen, kendi halkına, vatanına sadık, asıl vatandaş yetiştirmek bir görev olarak öne sürülüyor. Müellimlerimizin borcu bu görevleri derinden idrak edip benimsemek, öğrenme sürecinde bu niteliklere sahip sivil yetiştirmek için okullarımızın işini tamamen yeniden kurmaktır. Bildiğimiz gibi, okul toplumun sosyal siparişini yerine getirmelidir: öğrencileri derin ve kapsamlı bilgilerle sağlamalı, onlarda beceri ve alışkanlıklar formalaşdırmalı, yüksek kültüre, ilerici dünya görüşüne sahip olan kimlik yetiştirmelidir. İşte tüm bunları dikkate alarak belirtilen hususların etkili çözümü için öğretim okullarında dünya standartlarına cevap verebilecek yeni pedagojik ve yöntemsel yaklaşımlar, yeni metodik düşünce tarzı gerekmektedir. Okul çoğu vatandaşların geniş bağlantı barındırdığı temel sosyal institutdur. Uygun hazırlığı olsa da, olmasa da, öğretmenler öğrencileri toplumda üretken, işbirliği ve barış içinde yaşamaya hazırlamalıdırlar. Hatta bu toplumlar hızla deyişseler bile. Öğretmen için karanlık kalan bir yer öğrenci için zülmetdir. Bunun için de öğretmen kendi üzerinde daima işlemeli, derslerinin öğretiminde büyük dönüş yaratmalıdır. Bu ise öğrencilerden önemli kavrama yeteneği gerektirir. Onlar kendi fikrini biçimlendirmeyi, deneyim ve düşünceden anlam çıkarmayı, mantıksal argümanlar bulmayı, fikirlerini açıkça ve güvenle ifade etmeyi bilmelidir. Ama vatandaşın oluşumu için sadece bu yetenekler yeterli değil, sosyal alanda gerekli olan tutum ve yetenekler var ki, bunlar öğrencileri gelecekte değerli sivil olmaya yönlendiriyor.
Learn more »

Müəllim haqqında.

“Müəllim yeganə şəxsiyyətdir ki,cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir.”

Heydər Əliyev

Zaman-zaman müəllim haqqında müdrik sözlər, gözəl kəlamlar deyənlər çox olmuşdur. Platon deyirdi: “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”. Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”.Məhəmməd Peyğəmbər bilik öyrətməyi hər cür ibadətdən üstün sayır, Həzrəti Əli isə mənə bir hərf öyrədənin qulu olmağa hazıram, deyirdi. Nizami Gəncəvi müəllimi günəşə bənzədirdi. L.N.Tolstoya görə öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim əla müəllimdir.

Daha kimlər, kimlər…

Ulu öndərimiz də müəllimə həmişə yüksək qiymət vermiş, müəllim haqqında gözəl sözlər söyləmişdir.Onun müəllim haqqında dediyi “müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini- uşaqların tərbiyəsini yalniz ona etibar edir” fikri müəllimə verilmiş ən gözəl tərifdir. Doğrudan da, cəmiyyətin qurucusunu, onu idarə edənləri fəhləni, mühəndisi, baytarı, alimi, həkimi və s. – hər kəsi tərbiyə edən müəllimdir. Ona görə də müəllimlik ən şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir.

Müəllim kimdir? Müəllim necə olmalıdır?

Müəllim şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi,düşünəni, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yolgöstərəni, bələdçisidir. Müəllim təkcə özünün deyil, həm də hər bir şagirdinin taleyini yaşayır-sevinci, kədəri, problemləri ilə birgə. Müəllim yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşır. Müəllim gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir.

Müəllim bağbandır, elə bağban ki,
Hər gül qönçəsində bir ömür yaşar.
Müəllim loğmandır, elə loğman ki,
Səsində, sözündə min bir məlhəm var.

Məktəbə əbəs yerə təlim-tərbiyə ocağı demirlər. Böyük maarifçi Həsən bəy Zərdabi demişdir: “Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır”. Uşaqların tərbiyəsində isə əsas yük müəllimlərin çiyninə düşür. Bütün peşələr gözəldir, gərəklidir. Lakin müəllimin yetişdirdiyi məhsul insan olduğundan və cəmiyyətin gələcəyi bundan asılı olduğundan müəllimlik peşələrin ən şərəflisi, ən müqəddəsidir.

Müəllimə nahaq yerə ziyalı demirlər. Müəllim öz ziyası, nuru ilə təkcə şagirdlərinin yoluna deyil, bütün cəmiyyətə işıq saçmalıdır. Müəllim qəlbən, mənən pak olmalı, bütün şagirdlərinə bir gözlə baxmalı, sevgisi hər bir şagirdinə yetəcək qədər böyük ürəyə malik olmalıdır. Bu gün müəllimin vəzifəsi, işi təkcə hansısa fənni tədris etməklə, bilik verməklə bitmir. Bu günün müəllimi geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirir. Hər şeydən əvvəl hər bir müəllim özü bu keyfiyyətlərə malik olmalı, davranışı, geyimi, rəftarı, yüksək mədəniyyəti, ən əsası, dərin biliyi, savadı ilə şagirdlərinə nümunə olmalıdır. Y.A.Komenski biliksiz müəllimi susuz bulağa, işıqsız lampaya bənzədirdi.

Müəllim yaradıcı olmalı, keçdiyi hər bir dərsə yeni yazacağı bir əsər kimi baxmalıdır.Müəllim yenilikçi, novator olmalı, haçansa öyrəndiyi bilikləri ilə kifayətlənməməli, daim öz üzərində işləməli, cəmiyyət inkişaf etdikcə özü də inkişaf etməlidir. Əks halda müasir dövrlə ayaqlaşan, savadlı şagirdlər yetişdirmək mümkün deyildir.

Mən müəllimliyi atamın simasında sevmişəm. Atam Baxşəli Seyfullayev uzun illər Lerik rayonunun Çayrud kənd orta məktəbində kimya- biologiya müəllimi işləmişdir.Uşaq vaxtı- məktəbdə oxuduğum illərdə atamla rayon mərkəzinə, yaxın Lənkəran şəhərinə yolumuz düşdükdə addımbaşı bizimlə rastlaşan insanlar atamı qucaqlayıb öpür, böyük hörmətlə, ehtiramla dil-ağız edirdilər. Onların kim olduğunu soruşanda atam da fəxrlə, qürurla, böyük məhəbbətlə birinin həkim, birinin müəllim, mühəndis və s. olduğunu deyir, sevinclə “şagirdim olub ” deyə qeyd edirdi. Mən o zamanlar fikirləşirdim ki, ilahi, bu müəllim necə böyük, xoşbəxt insandır, hamı onu sevir, ona hörmət edir. Və mən o zamandan müəllim olmağı qərara almışdım. Orta məktəbi əla qiymətlərlə, Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirib sevimli müəllimlik peşəsinə qovuşdum. Nə yaxşı ki, bu müqəddəs peşəni seçmişəm. Müəllim işlədiyim 24 il ərzində-hər dəfə sinfə girib şagirdlərimin mənə zillənən məsum baxışlarını gördükdə bu peşənin şərəfini, məsuliyyətini daha çox dərk etmişəm.

Müəllimlik müqəddəs bir peşədir.Lakin müəllim unutmamalıdır kı, yetişdirdiyi hər bir şagird qiymətli bir xəzinədir, gələcəkdə xalqımıza xeyir verəcək layiqli bir vətəndaşdır. Müəllimlik çətin peşədir. Amma bir şagirdin qazandığı uğur çəkilən bütün əziyyətləri bir anda silir, yerini xoş bir məmnunluq, sevinc hissi tutur.

Dahi Nəsrəddin Tusi demişdir: “İnsanı kamilliyə çatdırmaq məqsədi güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır”. Bu sənət elə müəllimlik sənəti, müəllimlik peşəsidir. Mən də qarşıdan gələn yeni tədris ili münasibətilə bütün təhsil işçilərini təbrik edir,uğurlar arzulayıram.Müəllimlərin üzündən, çəkdikləri zəhmətin bəhrəsindən doğan təbəssüm,xoşbəxtlik əskik olmasın.

Nüşabə Əmirova,

Lerik rayonu, Ə.Musayev adına

Vizəzəmin kənd tam orta məktəbin riyaziyyat-informatika müəllimi

OXU BUNU!

OKUMAK Kalkınma açılan kapı Nitekim her kapı arkasında bambaşka bir alem tutar ve o aleme açılırsa, okumak da içinde huzuru barındıran, gelişmeye açılan bir kapıdır. Bu kapıdan içeri girmek ise değişime cesareti olanların hakkıdır. Bu kapıdan giren, elbette, yenilenmiş, temizlenmiş biri olarak çıkar. Okumanın ANLAMI gelişmek Uzmanlara göre, okumak, hafızayı kuvvetlendirerek Alzhemier riskini ciddi oranda düşürüyor. Uzmanlara göre, okumak, hafızayı kuvvetlendirerek Alzhemier riskini ciddi oranda düşürüyor. Okumanın anlamı gelişme yapmaktır, temizlenmektir, kendisini ve tüm evreni keşfetmektir. Okumak; zihinsel, fiziksel ve ruhsal yönden gelişmeye yol açar. Bu ister bir kitap olsun, ister bir gazete, gerekse takvim yaprağının arkasındaki yazı olsun, okunan her şey, okurken bir etki bırakıyor. Okumadan önceki durumunuz ile okumadan sonraki durumunuz arasında fark oluşuyor. Artık önceki siz değilsiniz. Bir çok yönden değişmesi hissediyorsunuz. Belli bir süreden sonra bilgi dağarcığınız genişlemeye başlar, konuştuğunuz dile hakim duruma gelip güzel ve akıcı danışığınızla sizi dinleyene olumlu yönde nasıl etkilediğini yaptığınıza tanık oluyorsunuz. Beynin en iyi ilaçlarından biri de okumaktır. Beyin, sanılanın aksine, aslında, tembel bir organdır ve sağlıklı çalışması ve gelişmesi için yeniliklere ihtiyacı var ve bu ihtiyacı en iyi okumak karşılıyor. Çünkü okumakla her şeyden önce insan yeni şeyler öğrenmiş olur. Zihinsel ve ruhsal yönden verdiği huzur bedene de etkiliyor. Uzmanlara göre hafızayı kuvvetlendirerek Alzhemier riskini ciddi oranda düşürüyor. Okumanın ruhsal gelişmeye katkısı Okunan, okuyana bir mesaj vermek ister, amacı her zaman okuyucuyu önceki halinden daha gelişmiş bir birey haline getirmektir. Fakat bu amacın gerçekleşmesi okunan verilerle birlikte okuyanın niyetine ve okuduklarını düşünmesine bağlıdır. Özellikle, ruhsal gelişme bu bağ ile ortaya çıkıyor. Okuyanın niyeti eğer farkındalık kazanmak, kendi potansiyeline çatmaqdırsa, okudukları hem kendisine, hem de yaşadığı çevreye, topluma fayda verir. Aksine, kötü niyetli birinin elinde, okunan veriler kötü niyetin kurbanı olabilir ve bunun örneklerini de çevremizde görmekteyiz. Bu tür olduğunda, maalesef okumanın gerçek anlamına ulaşılmaz. İnsan, kendi içindeki ve evrendeki bilinmeyenleri, okumanın verdiği farkındalık ile keşfeder. İnsan, kendi içindeki ve evrendeki bilinmeyenleri, okumanın verdiği farkındalık ile keşfeder. Okumak ve oxunulanları düşünmek, ön yargıları yok ederek bakış açısını genişletir. Aynı olaya farklı bakış açıları kazandırır. Kendi kişisel bakışımız sıyrılıp tarafsız bir gözle baxmağımızı ve böylece olanı, olduğu gibi anlamamızı sağlıyor. Kitap okumak mutluluğun yolunu açıyor. Mutluluk, iç huzurun sağlanması halidir. İstediğiniz her şeye sahip olsanız bile, iç dünyanızda doldurulmayacaq boşluklar varsa, tüm dünya önünüze sərilsə, yine mutlu olamazsınız. Mutluluğun tanımı olan iç huzuru bulmanın yollarından biri de okumaktır. Tüm sıkıntılar, üzüntüler, dertler, sorunlar bilgisizlikden qaynaqlanmırmı? İnsan, kendi içindeki ve evrendeki bilinmeyenleri, okumanın verdiği farkındalık ile keşfeder. Sıkıntılı günlerden, bedbinlikden, çaresizlikten kurtulmanın çaresi, okumak. "Her derde deva" diyorlar okumak hakkında, gerçekten de neredeyse her derde ilaçtır. Bilinmeyen bilinen hale gelir ve net olursa, böylece insan derdinin şifasını bulur. Ruhi sıxıntınız olanda elinize bir kitap alıp okurken hem sizi farklı bir aleme götürüp sıxıntınızdan uzaqlaşmanızı sağlıyor hem de çevirdiğiniz sayfalarda çətinliyinizin nedenini ve çaresini bile bulabilirsiniz. Okumak, okuduğunu düşünmek ve anlamak, zihni açıklar ve gönül gözünün açılmasını sağlar. Gönül gözü açık olan fiziksel, zihinsel ve ruhsal bir huzur içerisindedir. Anlayışta kabul vardır, okuduğunuz bir konuyu anladığınız zaman o konuya olan şüpheci düşüncelerinizden ve ön mühakimələrinizdən kurtulmuş olursunuz ve anlamakla birlikte derin bir rahatlama ve huzurun içinize dolduğunu da hissediyorsunuz. Geçersiz anlaşılmalar beyni ve kalbi kemiren kurtlardan. Eğer okunan sözcüklerin gerçek anlamı çözülür, berrak olursa, o zaman zihin ve kalp temizlenir, şəfalanar. Okumak zamanla kendi içindeki kitabı bulmaya, yani kendini bilmeye yöneltir insanı. Okumak zamanla kendi içindeki kitabı bulmaya, yani kendini bilmeye yöneltir insanı. Bunu başarabilen, bu yolda olan insan okumasını bilir. Hem kendini, hem diğerlerini hem evreni. Kendi içindeki kitabı okuyabilen, birliği görüp diğer insanları da okuyabilir. Yani karşısındaki insanı anlar, onun neyi ve neden yaptığının farkındadır. Kitap nasıl bilgi veren ve eğitsel bir qaynaqdırsa, her insan da böyledir. Okumasını bilen insan, yargılamadan gözlemlemeyi başarabildiği için karşısındaki danışmasa bile, onu duyar, görür ve hisseder. O insanın davranışlarından neler yaşamış olduğunu, o an nasıl bir durum içinde olduğunu okuyabilir. Aynı zamanda onun da bir kitap gibi bir öğretici olduğunu bilir. İnsan insana çok şey öğretir, çünkü kendisinin aynasıdır. Karşınızdakine mühakiməedici gözle değil, anlama niyeti ile baktığınızda kendiniz gibi onun da bir öğretici, bir kitap olduğunu göreceksiniz. Okumanın iyisi kötüsü olmaz. Okunan her şey, insanı geliştirmeye ve öğretmeye yöneliktir. Sadece neyi okuyacağını, nasıl okuyacağını, hangi kitaba ihtiyacı olduğunu bilmeyen insanlar vardır ve bu da okumanın okuyunca etkisini azaltır. Bir kitap alıp oxuyarsan ve o kitap bitince sana anlamsız gelebilir, oysa okunan hiçbir şey anlamsız değildir. Sadece onu okuman senin için doğru zamanı değil. Belirli yaşam deneyimlerinden sonra kazandığın fərqindəliklərlə o kitabı yeniden eline alıp okumaya başladığında bu kez o kitap etkisini gösterir. İnsan, kitapta söylənmək istenenleri anlayan bir halde olur ve o zaman anlar ki, hangi kitabın ne zaman, nasıl okunması gerektiğinin de bir kuralı var imiş. Kendi ihtiyaçlarını bilip kendisini tanıyan biri neyi, ne zaman, nasıl okuyacağını bilir ve bu bilinçle okumaya devam eden biri okuduklarından aldığı fərqindəliklərlə içinde bulunduğu olumsuz koşulları geliştirme gücüne sahip olur. Hayatının sükanını kendi eline alır ve dolu yaşamanın verdiği hoş ehvalla hayatına devam etmektedir. Kalkınma etmek ve geliştirmek için kalbinizi okumaya açın.

+

17 Kasım - Azerbaycan Cumhuriyeti Milli Uyanış Günüdür

17 Noyabr - Azərbaycan Respublikasının Milli Dirçəliş Günüdür


17 Kasım - Azerbaycan Cumhuriyeti Milli Uyanış Günüdür İşte 20 yıl önce bu tarihte Azerbaycan devletinin SSCB rtərkibindən çıkarak müsteqlliyini restore etmesinin temeli atıldı. 1988 17 Kasım Ermenistan'ın toprak iddiaları, SSCB yönetiminin Dağlık Karabağ separatçılarına dolaylı destek vermesi, Azerbaycan yönetiminin toprak bütünlüğünün savunmasında qətiyyətsizliyi aleyhine Bakü'de öğrenci hareketi aktivistlerinin başlattığı protesto gösterileri ülke çapında mitinqlerle sonuçlandı. Milyonlarca insan o zamanki Lenin, bugünkü Hürriyet meydanına gelerek Moskova'nın anti-Azerbaycan politikasına karşı çıktı. Aralık başlarında mitingler SSCB'nin iç birlikleri tarafından dağıdılsa da, Moskova Azerbaycan halkının ulusal özgürlük hareketinin önüne alamadı. 1989 yazında Azerbaycan Halk Cephesi tahsis edildi. Aynı yılın Eylül ayında Yüksek Sovyet Azerbaycan'ın egemenliği hakkında Kanustitusiya Aktını kabul etmesi Moskova'yı daha da qıcıqlandırdı ve 1990 yılının Ocak ayında Bakü'ye Rus getirildi. Miting katılımcılarına karşı ağır teknik ve ateşli kullanıldı. Yüzəlrəl görevlileri ve huzurlu sakin vəzşicəsinə katledildi. Ama bu olay halkımızın milli qrürurunu sındarı bilmedi. Aksine bu, olayları daha da hızlandırdı. 1990 seçimlerinde AHC yöneticilerinin çoğunluğu Yüksek Sovyet milletvekilliği mandasını kazandılar ve Demokratik Blok adlı fraksiyon yarattılar. 1991 18 Ekim de Azerbaycan'ın bağımsızlığını kurtarmak edildiği ilan edildi. 1992 yılının Mayıs ayında ise AHC iktidara geldi. Kısa süre içinde Azerbaycan Cumhuriyeti müstəqnlliyinə gerçek təholükə olan SSCB orduları Azerbaycan'dan çıxarlıdı. 1992 yılının 17 Kasım ayından Azerbaycan'ın Milli Uyanış Günü olarak geçen bu tarihin son birkac ilde unutulması için daha fazla çalışmalar göürlür, sadece onun tebliği ve öğretimi doğrultusunda. Azerbaycan tarxinin şanlı sayfası olan bu tarih Azerbaycan'ın tarih kitabldarından çıkarılıp, gayri resmi de olsa eğitim müesiselerinde öğretimi ve öğrenilmesi yasaklandı. Milli Uyanış Günü'nün devlet düzeyinde bayram olarak kayıt edilmesine izin verilmez.


http://legend.az/

OXU.

Kitab oxumağn cana da faydası var

Britaniyalı psixoloqlar kitab oxumağın orqanizm üçün faydasını araşdırıblar. Uzun illərin tədqiqatları göstərir ki, cəmi 6 dəqiqə kitab oxumaq insada stressin səviyyəsini üç dəfə endirir.

Kitab oxumaq başqa üsullarla müqayisədə insana sakitləşməyə və yüngülləşməyə tez bir zamanda kömək olur. Qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normallaşır. Bundan başqa kitab oxumağın insan üçün digər əvəzedilməz faydaları da var. Kitablar xüsusilə uşaqların zehni, hissi, sosial və dil inkişafında önəmli tədris vasitəsidir. O uşağın yaradıcı təxəyyül gücünü genişləndirir, inkişaf etməkdə olan daxili və xarici dünyasına öz müsbət təsirini göstərir. Psixoloqlar hesab edir ki, kitab oxumaq vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona tez-tez kitab oxumalıdırlar.

Mütəxəssislər hesab edir ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman ona kitabları seçməsi üçün istədiyi qədər vaxt verilməlidir. Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi, içində qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitabları vermək lazımdır, çünki o, məhz belə kitabları sevir. Bunu respublika uşaq kitabxanasının 128 oxucu arasında apardığı test sorğunun nəticəsi də təsdiq edir.

Onu da deyək ki, müassir dünyamızda oxucular daha çox elektron kitablardan istifadəyə üstünlük verirlər. Belə kitabların əksəriyyətini internetdə tapıb, çap eləmək, həmçinin elektron poçt vasitəsi ilə yaxınlarına göndərmək də olar. Təcrübələr isə göstərir ki, kitabla canlı təmasda olmaq həm gözlərimiz həm də zehnimiz üçün daha xoş və rahatdır, nəinki kompüterin ekranından. http://www.aztv.az/

Bebeğe ne için kitap okumak gerekir?



Bazı ebeveynler kitapların bebeklerin gelişimine yaptığı katkılardan habersiz olurlar. Bu nedenle, bebek ancak 3 yaştan sonra, o da çocuk yuvasında kitapla tanış olabiliyor. Hatta bazı ebeveynler çocuğu katmanla ve masallardan da mahrum ediyorlar. Ancak bilim kanıtlamıştır ki, çocuklara mutlaka kitap okunmalı, en azından, masal danışılmalıdır. Peki hangi yaştan başlayarak çocuğa kitap okumak gerekir? En önemlisi ise bunun bebeğe ne gibi katkıları olabilir? Türkiye'nin tanınmış psikologlarından olan Reyhan Algül bu sorulara cevap verdi. Sun.az psikoloğun bu konudaki önerilerini sunar: Bebeğe kitap okumaya ne zaman başlamalıdır? Psixoloqun göre, bunun için somut arada tanımlamak doğru olmaz: "Bu konuda net araştırmalar aparılmayıb. Ancak birçok psikoloğun vardığı sonuç şudur ki, 6 aylık bebek artık kitapla tanıdık olmalıdır. Tabii ki, bebek oxuduqlarınızı başa düşmeyecek. Ancak yine de sizi duyacak ve ona zaman ayırdığınızı, onu bir kimlik olarak kabul ettiğinizi hissedecektir. Bu, bebeğin zihinsel gelişimi için çok önemlidir. Hem de bebek ile aranızdaki iletişimi güçlendirecek ". Reyhan Algül bildirir ki, hatta bazı psikologlar hamile kadınların da kitap okumalı olduklarını düşünüyorlar. Çünkü bu hem anne adayına, hem de anne karnındaki bebeğe iyi gelir. Hangi kitapları okumalı? "Hamileler kitap oxumalıdırlar. Esasen, duygusal konulara veya çocuk kitaplarına öncelik vermelidirler. Korku, şiddet içeren, hamile kadını aşırı strese düşürüp heyecanlandırabilecek kitaplar ise tavsiye edilmiyor ". Psixoloqun göre, bebeğe okunacak kitap seçerken çok dikkatli olmak gerekir:" Kitabı öyle seçmek gerekir ki, o, bebeğin zihinsel gelişimini desteklemesi. Şekilli, resimli kitaplar iyi seçimdir. Kitap okurken Smilileri ve uygun ses tonundan kullanmak gerekir. "Doğru zamanda! Bebeğe kitap oxumazdan önce doğru zamanı müeyyenleşdirmeyin gerektiğini söyleyen psikolog bebek acdırsa veya narahatdırsa, ona kitap okumanın hiç bir sonuç vermeyeceğini vurguluyor:" Bebeğin keyfi kök iken veya uyku saatinden önce ona kitap okuyabilirsiniz. Unutmayın ki, bebeğin sıxılmaması için her defasında 4-5 sayfa okumalısınız. Bundan artık okursanız fikri yayınacaq. Bebeğin kitaba dokunmasına, şekillere bakmasına izin verin. Aynı kitabı defalarca okuyabilirsiniz. Çünkü bebeklerin hayatında tekrarların özel önemi var ". Kitap bebeğe nasıl etkiler? Reyhan Algül bildirir ki, bilim adamları yanında kitap okunan bebeklerin daha çabuk dil açtıklarını düşünüyorlar." Tabii ki, kitabın bebeğin zihinsel gelişimine doğrudan etkisi var. Böyle çocuklar daha hissiyyatlı olurlar. Dinleme yetenekleri gelişir. Okulda başarı kazanma ihtimalleri artıyor. Sonraki yıllarda onların söz tabanı yaşıtlarından pek çok olur. Böyle çocuklara kitap okuma alışkanlığı aşılanır. Böylece, çocuklar gelecek eğitim hayatında zorluk çekmiyor. "Psikolog onu da yazıyor ki, ebeveynler arasındaki zaman paylaşımı olmalı, kitabı bir gün anne, öbür gün baba okumalıdır. Çünkü bebek onunla çok vakit geçiren ve ona kitap okuyan babaya daha çok bağlanıyor. Bu da sonraki yıllarda sorunlara neden olabilir.

Kaynak: http://sun.az/

Məlumat


OXUYAN İNSAN DAHA MƏLUMATLI VƏ ƏLBƏTTƏ DAHA MÜVƏFFƏQİYYƏTLİ OLAR.

Məlumat dövürndə yaşayırıq. Müvəffəqiyyətin ən əhəmiyyətli qaynağı məlumatdır.
Bacon: "Məlumat, gücdür." - deyər.

Volter: "Oxuma, ruhu ucaldar." - deyib.

Deyl Carnegie: "Hər gün iyirmi otuz səhifə oxumaqla qısa bir zaman içində mədəniyyətinizi yüksəldərsiniz. Kitab oxuyanda bir sözü belə anlamadan üstündən keçməyin, lüğətiniz daim yanınızda olsun." - deyir.
Oxuma məqsəd deyil, vasitədir.

+

Kitablar və mütaliə → Kitab oxumağın faydaları

Kitab Oxumaq bir dərmandır.


Kitab Oxumaq həyatı sevdirər.
Kitab Oxumaq düşüncələri yetkinləşdirər. Oxumaq düşüncəni inkişaf etdirən və tezləşdirən əsas qaynaqlardan biridir.
Kitab Oxumaq stressi azaldar,
Kitab Oxumaq zehni açar, kobudluqdan qurtarar.
Kitab Oxumaq gözəl görməyimizi təmin edər.
Kitab Oxumaq Bizi «Bilən» edər.
Kitab Oxuyanın etibarlı bir ətrafı meydana gələr.
Kitab Oxuyanın söz xəzinəmizi zənginləşdirər, danışıq qabiliyyətimizi qüvvətləndirər, mədəniyyətimizi artırar. Təsirli bir insan edər.
İş həyatımızdakı müvəffəqiyyət səviyyəmizi yüksəldər.
Dünyaya baxış bucağımızı dəyişdirər.
Cəmiyyətdəki əlaqələrimizin keyfiyyətini artırar.
Dərs həyatındakı müvəffəqiyyətləri gücləndirər.
Xəyal gücümüzü inkişaf etdirər.
Oxumaq həzz duymağa, zehinimizi gücləndirməyə, qərar vermək qabiliyyətlərimizi inkişaf etdirməyə faydalıdır.
İnsanı yetkinləşdirər.

Hiç yorum yok: Kazen.az

Hikmət dənizi və aforizmlər Yaxşı kitab aysberqə oxşayır

Yaxşı yazan müəllifləri oxuduqca, yaxşı danışmağı öyrənirsən.

Mədəniyyət – oxuduğun kitabların sayı deyil, anladığın kitabların sayıdır.

Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcəklər.

Kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur.

Nə qədər çox oxuyursan, o qədər az yamsılayırsan.

İnsanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar.

Necə ki, qəpikləri bir yerə yığanda manatlar əmələ gəlir, oxuduğun xırda şeylərdən bilik yaranır.

Ardı
12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir.


Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
2002-ci ilin avqustunda referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.
Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

Xatırladaq ki, Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.
Qeyd: Konstitusiya - dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasları təsbit edir. Konstitusiyalar iki əsas növə bölünür: yazılı və yazılmamış.

Yazılı konstitusiyalar ya vahid normativ akt, ya da bir neçə konstitusiya qanununun məcmusudur.
Yazılmamış konstitusiyalarda isə ali qanun normalar, çoxlu sayda akt, həmçinin adətlərdə təsbit olunub.
Dünyada Konstitusiya ilk dəfə 1215-ci ildə İngiltərədə təsbit olunub. Həmin vaxt bu ölkədə qəbul olunan Azadlıqlarının Böyük Toplusu ilk konstitusiya aktı sayılır. İlk yazılı ali qanun isə ABŞ Konstitusiyadır.

KİTAB OXUMAQ STRESSİ AZALDIR

Əksər Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün fürsət hesab olunur. Amma bu gün çoxumuz nəinki istirahət mövsümündə, heç bikarçılıqdan ürəyimiz sıxılanda da kitab oxumaq barədə düşünmürük. Günümüzün çoxunu ya çayxanada, ya kompyuter arxasında, ya da televizor qarşısında keçiririk. Hələ mən kitaba pul xərcləyənlərə cəmiyyətimizdə birtəhər baxılmasından danışmıram. Halbuki kitab oxumağın insan psixologiyasına və səhhətinə bir sıra müsbət təsirləri var.

“Kitab oxuyarkən ürək döyüntüsü normallaşır”

Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı mütəxəssislər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır.

“Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir”

Mütəxəssislərin araşdırmalarına görə, qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normallaşır. Kitablar uşaqların zehinlərinin, hisslərinin, danışıq qabiliyyətinin inkişafında da önəmli rol oynayır. Kitab oxumaq uşağın təxəyyülünü genişləndirir, daxili dünyasına müsbət təsir göstərir.

“Oxumaq vərdişi ailədə qazanılmalıdır”

Psixoloqlar hesab edirlər ki, kitab oxumaq vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona tez-tez kitab oxumalıdırlar. Britaniyalı mütəxəssislər hesab edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir.

“Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi, içində qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitablar alın, çünki o, məhz belə kitabları sevir”.

“Kitabxanaların çoxunda 30 yaşdan yuxarı oxucu yoxdur”

1978-ci ildən Sumqayıt şəhərindəki 14 saylı kitabxanada çalışan Hafizə Pirimova deyir ki, sovet dövründə insanlar daha çox kitab oxuyurdular, nəinki indi. Lakin Hafizə xanım hesab edir ki, o dövrün insanları çox kitab oxumalarına baxmayaraq, daha az dünyagörüşünə malik idilər, həyata dar çərçivədən baxırdılar: “Həmin dövrdə insanlar öz işlərini yerinə yetirmək üçün sanki kimdənsə əmr, tapşırıq ğözləyirdilər”.Müsahibimizin sözlərinə görə, müstəqillik dövründə, xüsusilə də 1993-1997-ci illərdə ölkəmizdə kitab oxuyanların sayı xeyli azalıb:”Lakin 2000-ci ildən başlayaraq, insanların kitaba marağı ilbəil artır. Hazırda bizim əsas oxucularımız məktəblilər və tələbələr olsalar da, kitabxanaya üzv olanlar arasında evdar xanımlar da var”. Kitabxanaların çoxunda 30 yaşdan yuxarı oxucuların yox səviyyəsində olduğunu bildirən Hafizə Pirimova “Oğlanlar, yoxsa qızlar daha çox kitab oxuyurlar?” sualımıza belə cavab verdi: “Daimi oxucularımızdan 710 nəfərinin 495-i evdar xanımdır. 650 tələbə oxucumuzun isə 504 nəfəri qızdır”.

“Bizim “bəh-bəh”lə izlədiyimiz seriallara inkişaf etmiş ölkələrdə baxmırlar”

Psixoloq Narınc Rüstəmova açıqlamasında: “Qızlar 11 yaşda, oğlanlar 12-13 yaşlarında daha çox informasiya almaq ehtiyacı hiss edirlər. Buna görə də onların kitaba, internetə marağı daha çox olur”,-dedi. Psixoloq hesab edir ki, ölkəmizdə kitab oxuyanların sayının az olmasının əsas səbəbi əhali arasında televizor aludəçiliyinin geniş yayılmasıdır: “İnsanlar televizora rahat informasiya almaq vasitəsi kimi baxırlar. Bir çox insanlar, əsasən də yaşlı nəsil günün xeyli hissəsini seriallara baxaraq keçirir”. Müsahibimiz deyir ki, bizim “bəh-bəh”lə baxdığımız seriallara inkişaf etmiş ölkələrdə, demək olar ki, baxmırlar”. Psixoloq həmçinin qeyd etdi ki, ortayaşlı və orta yaşdan yuxarı insanların az kitab oxumasının digər səbəbi ailə qayğıları, səbirsizlikdir. Bir qrup insanlar “mənə oxumaq lazım deyil, hər şeyi bilirəm” düşüncəsi ilə yaşayırlar. Gənclər isə daha aktiv həyata meyil göstərirlər. “İnsanlarda kitaba marağı artırmaq üçün nə etmək lazımdır?” sualımıza Narınc xanım belə cavab verdi: “Təbliğat aparılmalıdır. Məsələn, valideynlər kitabı evdə təbliğ etməli, imkan varsa, kitabxana qurmalı, övladları ilə birgə kitab oxumalıdırlar. Cəmiyyətdə isə kitabla əlaqədar tədbirlər, treninqlər, bayramlar keçirilməli, bukletlər paylanmalıdır. Bukletlərdə hər kitab haqqında qısa məlumatlar yazılmalıdır. Beləliklə, zaman keçdikcə, insanların kitaba marağı artacaq, kitabı həyatlarının bir parçasına çevirəcəklər”.

Maraqlı statistika

Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə daha az televizor seyr edib, daha çox kitab oxuyurlar. Almaniyalı professor Fişer isə: “İnsan düşündükçə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehini məşğələ etmək lazımdır. İllərlə işləməyən beyinin nə hala düşdüyünü özünüz təsəvvür edin”. Bir yaponiyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə hər 7 nəfərə 1 kitab düşür. Azərbaycanda isə bu göstərici minimum səviyyədədir. Bu statistikadan da görünür ki, ölkələrin kitab oxumaları ilə inkişafı düz mütənasibdir. Daha gözəl cəmiyyət üçün, daha çox oxumaq diləyi ilə Paylaş

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qısa melumat


Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız sentyabrın 15-də - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyə-nin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cumhuriyyəti-nin Bakı-da fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. "Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: Eşidildi - Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi. Qərara alındı - Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin". Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraqdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir. Bayraqdakı yaşıl rəng islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını verib. Bayraqdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə. Hüseynzadə yazırdı: "Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!" Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Ulduz təsvirlərinin yaranması astronomiya elmi ilə bağlıdır. Böyük yazıçı C. Cabbarlı şerlərinin birində yazırdı: Bu ay, yıldız boyaların qurultayı nə demək, Bizcə belə söyləmək. Bu göy boya, göy moğoldan qalma Bir türk nişanı Bir türk oğlu olmalı. Yaşıl boya islamlığın sarsılmayan İnamını ürəklərə dolmalı Şu al boya azadlığın təcəddü, fərmanı, Mədəniyyət bulmalı. Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M. Ə. Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: "bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".

MÜTALİƏ VƏ KİTAB HAQQINDA

Yaxşı kitab çox qiymətli xəzinədir.
H.Zərdabi
Axmaqlarla oturub-durmaqdansa ,
kitabla tənha oturmaq yaxşıdır.
Qasım bəy Zakir
Kitab -sənin ilk dostundur
M.Ə.Sabir
Kitablar bizi ötən əsrlərin mənəvi həyatının varisi edir
N.B.Vəzirov
Kitabsız ömrün nə mənası var
Səməd Vurğun

Azərbaycan bayrağı.

Bayraq


“Kitablar haqqında söylənənlər”

“Kitablar haqqında söylənənlər”
1. Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır. (Shakespeare) 2. Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar. (Montaigne) 3. Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır. (Seneca) 4. Bu günün gerçək universiteti, bir kitabxanadır. (Carlyle) 5. Kitab, tək ölümsüzlükdür. (Rufus Choate) 6. Əxlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər! (Oscar Wilde) 7. Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır. (Alcott) 8. Kitablar, itmiş başların abidələridir. (Sir William Davenant) 9. Kitablar, heç solmayacaq bitkilərdir. (Herrick) 10. Kitab heç aldatmayan bir yoldaşdır. (Guilbert De Pixrecourt)

Biz niyə kitab oxumalıyıq?

Biz niyə kitab oxumalıyıq?
Etiraf edirəm ki, mən asılıyam. Bütün həyatım boyu bu asılılıq davam edib. Uşaqlığımdan bəri. Mən asılı olduğuma görə utanmalıyam, amma utanmıram. Mən sadəcə kitab mağazasına qayıdacam. Kitabxanaya qayıdacam. Sonsuz növbəsi olan elektron kitablarımın arasına dönəcəm. Dolu rəflərimin arasına qayıdacam. Onlar məni tanıyır və sevirlər. Burda mənə lazım olan hər şey var. Mən niyə dayanmalıyam? Bəs siz niyə başlamırsınız? Siz çox oxuduqca həyatınız da dəyişəcək. Bu belə baş verir... Siz uğursuzluqlardan, stressdən və sıxıntıdan qaçmağın ən rahat yolunu tapacaqsınız Alkoqola və dərmanlara üz tutmağa ehtiyac yoxdur. Pulunuza qənaət edin. Kitab oxumağa başlayın. Kitabxanalarda keçirin boş vaxtlarınızı. Başqa dünyalara baş vurun. Obrazların həyatını yaşayın. Bu daha ekonomikdir, daha sürətlidir. Kitab oxuyan adama kim yuxarıdan aşağı baxar? Siz ailənizin olduğunun fərqinə varacaqsınız Bilirəm sizin valideynləriniz, qardaşınız, bacınız var, üstəgəl xeyli xala, bibi, əmi, dayı... Bəlkə də yox. Bəlkə siz bu dünyada özünüzü ən tənha biri kimi hiss edirsiniz? Tərk edilmiş. Siz həqiqətən təksiniz, yoxsa özünüzü tək hiss edirsiniz, fərq etməz, yaxşı oxucu olmaqla siz özünüzə qohumlar tapacaqsınız. Bu bəşəri, tamamilə açıq və həqiqətən çox gözəl ailədir. Bu oxucular ailəsidir. Kitabsevərlər. Ədəbiyyat narkomanları. Kitabxana xəstələri. Sən bizlərdən biri olduqdan sonra dünyanın hər küncündə bir doğma qəlbə qovuşacaqsan. Bizim ailədə bir-birini tanımaq üçün bir gizlin işarədən istifadə olunur. Sadəcə kitab götür və oxumağa başla. Tələb olunan budur. Biz səni görəcəyik. Tanıyacağıq. Bizə ehtiyacın olanda yanında olacağıq. Siz qlobal məsələlərin bir parçasına çevriləcəksiniz Kitablar vasitəsilə biz keçmişlə əlaqə qura bilirik. Bundan başqa kitablar mədəniyyətlər, ölkələr, sosial siniflər və qruplar arasında ünsiyyət üsuludur. Kitablar bizə başqa həyatlara girməyə icazə verir. Bəli, bu möhtəşəmdir. Siz heç vaxt başqa biri olmaq, getmədiyiniz yerlərə getmək, öz həyatınızda edə bilmədiklərinizi yaşamaq istəməzdinizmi? Bütün bunlar kitablarda var. Siz hələ gözləyirsiniz? Siz yaxşı danışmağı öyrəcənəksiniz Söz ehtiyatını artırmaq, yazı qabiliyyətini inkişaf etdirmək, qrammatikanı daha yaxşı öyrənmək üçün əvəzedilməz üsuldur oxumaq. Çox oxuduqdan sonra bir dostunuz sosial şəbəkədə yazdığı statusda qrammatik səhv buraxanda siz gülə-gülə onun səhvini düzəldəcəksiniz. Siz həmişə arzuladığınız kimi, “qrammatika kralı” olacaqsınız. Siz növbələri, dayanacaqları və gözləmə zallarını sevəcəksiniz Bu həqiqətən sizin həyatınızda dönüş nöqtəsi ola bilər. Səbirsiz halda bir ayağınızı qaldırıb o birinin üstünə qoyursunuz, dərindən ah çəkirsiniz, qəzəblənirsiniz, narahat olursunuz nəyisə gözləyəndə… bunların əvəzinə sadəcə oxumaq. Siz cibinizdən, yaxud çantanızdan maraqlı bir kitab çıxarmaqla həm əyləncə, həm ünsiyyət, həm də intellektual stimuliyasiya qazanırsınız. Siz daha xoş insana çevriləcəksiniz Bəlkə də siz daha xoş birisi olmaq kimi bir istəyiniz yoxdur, amma ətrafdakılar bunun əleyhinə olmayacaq. Bəlkə də siz heç vaxt rasizmin, işgəncənin və ya yoxsulluğun qurbanı olmamısınız. Ola bilər ki, siz heç vaxt qarşılıqsız sevgidən əzab çəkməmisiniz. Sizin üçün bəlkə də tənqid etmək şəfqət göstərməkdən daha asandır. Kitablar bütün bunları tamamilə düzəltməyəcək. Amma mühakimə etməmişdən qabaq düşünmək imkanı yaradacaq. Kitabları oxuduqca siz dünyadakı başqa həyatları da görəcəkisiniz. İndiyə kimi haqqında heç nə bilmədiyiniz həyatlar haqda... Sizdə daha güclü anlayış hissi yaranacaq. Daha çox maraq. Daha az “biz onlara qarşı” düşüncəsi, daha çox “biz hamımız birlikdə”. Siz çox şey biləcəskiniz Siz fantastika oxusanız belə mədəniyyətlər, münasibətlər, tarix, qorxu, insan psixologiyası, ruhun müxtəlif təzahürləri, müharibənin nəticələri, dünyanı işğal edəcək robotlar, suda belə öz plaşlarını quru saxlamağı bacaran super-qəhrəmanlar haqda öyrənə biləcəksiniz. Çox bilmək istəyirsiz? Elm-kütləvi ədəbiyyat oxuyun. Tərcümeyi-hallar, tarixi, cari hadisələr haqqında kitablar. Zarafat edirəm, gündəlik hadisələr haqda oxumasanız da olar. Onun əvəzinə tarixi ədəbiyyat oxuyun, bu halda siz müasir dövr haqda daha çox öyrənmiş olacaqsınız. Fəlsəfə. Psixologiya. Memuarlar. “Özün et” kitabları. Siz nəyləsə maraqlanırsınızsa, bu haqda kitablar tapa bilərsiniz. Siz özünüzdə yaradıcı başlanğıc açacaqsınız Siz beyninizi təzə informasiyalarla doldurduqdan sonra, nəsə çox gözəl bir şey baş verəcək. Sizin ağılınız oyanacaq. Əslində, yaradıcılıq — əlaqələri yaratmaq bacarığıdır. Yaratdıqlarına heyran olduğumuz insanlar məhz əlaqələrin yaradılmasıyla məşğul olurlar. Onlarda geniş məlumat bazası var. Onlar poeziyaya elmə sızmağa icazə verirlər. Onlar inanca və tarixə birlikdə çərənləməyə imkan verirlər. Jurnalist, yazıçı və blogger Enni Müller

Kitab haqqında bildiklərimiz və bilmədiklərimiz

Kitab haqqında bildiklərimiz və bilmədiklərimiz
Maraqlı və zəngin tarixi yol keçən kitabın yaranması və təşəkkülündə bir sıra amillər mühüm rol oynamışdır. Bu təbii amillər sırasında ilk olaraq əlifbanın meydana gəlməsini qeyd etmək olar. Bəşər sivilizasiyasında əlifbanın yaranması eramızdan əvvəl XI-X əsrlərə təsadüf edir. Aralıq dənizinin şərq sahillərində yaşayan finikiyalıların yaratdığı 22 hərfdən ibarət əlifba əsasında sonradan yunan, latın əlifbası tərtib edilmişdir. Kitabın yaranması və inkişafında rol oynayan ikinci əsas amil yazı materiallarıdır. Yazı və əlifbadan fikirlərini ifadə üçün müxtəlif vasitələr üzərinə həkk etməklə istifadəyə başlayan insanların ilk kitabları daş, gil lövhələr, metal, ağac, sümük, bitki və heyvan dərisi olub. Bunlardan ən uzunmüddətlisi və geniş yayılanı isə gil lövhələrdir ki, onların ən qədiminin 5 min ilədək yaşı olduğu bildirilir. Geniş yayılan bu yazı vasitəsi, təbii ki, ağır, böyük və yöndəmsiz olduğundan ondan istifadə də müəyyən çətinliklər yaradırdı. Ona görə də insanlar getdikcə daha əlverişli vasitələrin axtarışına başladılar. Eramızdan əvvəlki IV-III minilliklərdə qədim misirlilər papirus adlı xüsusi yazı materiallarından istifadə etməyə başladılar. Nil çayı vadisi boyunca yetişən qamışa oxşar bitkidən əmələ gələn bu material da əsl yazı vasitəsi kimi çox yaşaya bilmədi. Sonralar onu Kiçik Asiyanın Perqama şəhərində meydana gələn daha möhkəm və uzun müddət yaşaya bilən perqament əvəz etdi. Heyvan dərisindən hazırlanan bu material da zaman keçdikcə yerini başqa vasitəyə - kitab üçün ən mükəmməl sayılan kağıza verdi. Kağızın meydana gəlməsi haqqında ilk məlumat eramızın I-II əsrlərinə aiddir. Eranın 76-cı ilindən başlayaraq kağızın kitabçılıq işində tətbiqinə başlanılır. Təbii ilkin formasında bəsit və keyfiyyətsiz olan kağız sonradan təkmilləşdi. İlk olaraq 105-ci ildə çinli Tsay Lun kağız istehsalı sahəsindəki təcrübəni ümumiləşdirərək onu təkmilləşdirdi. Maraqlıdır ki, Çində kağız müxtəlif növ və rənglərdə inkişaf etsə də, çinlilər onu uzun müddət, təxminən VIII əsrin ortalarınadək gizli saxlamağa müvəffəq olmuşdular. Bu, digər ölkələri maraqlı addımlar atmağa məcbur edir. Bir müddət Səmərqənd kağızı Şərqin mədəni ölkələrində geniş yayıldı. Nəhayət, 793-cü ildə Bağdadda, 900-cü ildə Misirdə kağız istehsal edilir. Daha sonra kağız istehsalı dünyanın başqa ölkələrinə, təxminən X əsrdə isə Avropa ölkələrinə, o cümlədən Rusiyaya keçir. Kağızın meydana gəlməsi əlyazma kitablarının yaranmasına və geniş yayılmasına müsbət təsir göstərdi. Lakin mütaliəyə maraq genişləndikcə əlyazma kitabları oxucunun tələbatını ödəyə bilmirdi. Ona görə də irəli düşüncəli insanlar kitab istehsalını sürətləndirmək, onu mexanikiləşdirmək uğrunda uzunmüddətli axtarışlara başladılar. Kitabşünas H.Həsənovun yuxarıda qeyd etdiyim kitabında çapçılığın Şərqdə yaranması ilə bağlı maraqlı faktlar var: «VIII əsrin ilk onilliklərində Koreyada (704-751), Çində (713-741), sonralar Yaponiyada (765-770) ksiloqrafiya üsulu ilə çap işi, çinli Bi Şen tərəfindən mütəhərrik çap literinin hazırlanması (1041-1048) kitab istehsalının sürətini əsaslı şəkildə artıra bilməsə də, kitab çapına doğru ilk müvəffəqiyyətli axtarışlara səbəb oldu». Avropada kitab çap üsulu isə çox sonralar meydana gəlib. Belə ki, 1440-cı ildə alman ixtiraçısı Yohan Qutenberq Qərbdə kitab çapının əsasını qoydu. Onun mətbəəsində «Tövrat», «Türk təqvimi», E.Donatın «Latın qrammatikası» və s. kitablar nəşr edilib. Almaniyada meydana gələn kitab çapı 1457-ci ildə Maynsda, 1461-ci ildə Bamberqdə yayılaraq sonradan qonşu ölkələri əhatə etdi. 1465-ci ildə İtaliyada, 1468-ci ildə İsveçrədə, 1470-ci ildə Fransada, 1473-cü ildə Belçikada, Macarıstanda və Polşada, 1474-cü ildə İspaniyada, 1476-cı ildə Çexiyada, İngiltərədə və s. kitab çapına başlanılır. XV əsrdə kitab çapının ən mühüm mərkəzi isə Venesiya hesab olunurdu. Kitabın çap texnologiyası zaman keçdikcə təkmilləşərək yeni kəşflər sayəsində daha da zənginləşirdi. XVIII əsrin 90-cı illərində almaniyalı A. Zenefelder daşbasma üsulunu (litoqrafiya), 1867-ci ildə isə rusiyalı P.P. Knyaginski avtomat özüyığan maşını ixtira edir. «Fotoyığım» ideyası isə macar ixtiraçısı E. Porselt tərəfindən irəli sürülsə də (1894), onun geniş tətbiqi XX əsrin ortalarını əhatə edir.

Musiqi dinleyek

OXU HAQQINDA ÇIXIŞIM.

Son deqiqe